Elman Rüstəmovun inflyasiya proqnozu
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faizdən, qeyri-neft ixracı isə 13 faizdən çox artıb.
E.Rüstəmov qeyd edib ki, hazırda ölkədə faktiki inflyasiya hədəfdən aşağıdır: “İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Elman-Rüstəmov