Azərbaycanın turizm imkanları İspaniyada təqdim olunur

Azərbaycanın turizm imkanları İspaniyada təqdim olunur
  24 Yanvar 2025    Oxunub:310
Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın Madrid şəhərində baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.
Sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.

Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.

Yanvarın 26-dək davam edəcək turizm sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti