Bağlanan bankın kreditorlarına müraciət edildi

Bağlanan bankın kreditorlarına müraciət edildi
  26 İyul 2019    Oxunub:1862
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.
ADIF-dən Azvision.az -a verilən məlumata görə, “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş iyulun 29-dan başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Babək prospekti, 16) müvafiq sənədlərlə (bank rekvizitləri göstərməklə) müraciət etmək lazımdır.

Azvision.az



Teqlər: Bank   Kredit  





Xəbər lenti