Bakını qara tüstü bürüdü - FOTO

   Bakını qara tüstü bürüdü -    FOTO
  25 İyul 2019    Oxunub:2306
İyulun 24-də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qurumun Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqlər aparıb.



Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: ETSN   Monitorinq  





Xəbər lenti