Biz

Biz
  12 Mart 2013    Oxunub:2781
Səbinə Dəniz

Biz anadan oluruq.
Biz anlamadığımız və istəmədiyimiz halda məktəbə gedirik.
Biz qalstuklardan asılı qalırıq.
biz istəmədiyimiz işlərdəyik!
İstəmədiyimiz kimi böyüyür və ölürük.
5-6 cümləlik həyatlarıq.
Və bu halda, BİZ heçvaxt xoşbəxt ola bilməyəcəyik..
İlk insan – ən rahatı, ən azadı..

Onların şərti, məqsədi, səbəbi, sözləri, səsləri, arzusu, hədəfi,
daha yaxşısı – anlayışı, brendi, markası, facebook-u heç, msni, televiziyası, serialı, məktəbi, universiteti, dünəni və bügünü, axşamı və səhəri, manatı, dolları, dini, alahı, o biri dünyası – asılı olacaqları heç nələri yox idi.
Yada ki, istəməyə bir şeyləri yox idi.
Bu, onların bizdən daha yaxşı olduqları həqiqətini dəyişmir.

Biz isə istəmək hissi ilə tanışıq. Və istəyirik!
İstədiklərimizin başında, ortasında, ayağında isə, pul dayanır.
Deməli:
istəyiriksə – pul qazanmalıyıq;
pul qazandıqda – vaxtımız qalmır;
vaxtımız qalmırsa – …
Mükəmməl sistem!
İndi biz, pulu icad eliyənləri söyək, yoxsa günün 24 saat olduğunu tapanları?
Nəticədə bir az ürəyimiz sıxılacaq, başqa heçnə.

Daha yaxşısı həmişə var!

Və biz istəməyə davam etdikcə, azırıq.
Bizimçün daha yaxşısı həmişə var.
Biz belə proqramlaşdırımışıq, ya belə görmüşük, ya belə öyrənmişik.
Biz beləyik! Yəni.
Həyatımızı axırına qədər istəyirik.
Hətta, “bu ölüm ona yaraşmadı” kimi cümlə var.
DAHA YAXŞI ölə bilərdik!

Yenilik istəyirik!

Qəribəyik..
Biz televiziyaya böyük kəşf deyib, sonra televiziya bizi pozdu deyə söyənlərik.
Təbii ki yenədə baxmağa davam edirik.
Biz sosial şəbəkələrdən istifadə edərək, sosial şəbəkələrə qarşı sosial mesaj göndərənlərik.
Əslində bizim statuslamız, şeirlərimiz dünyanı qutaracaq tipdəndi, millət anlamır.
Biz əəəəən dibdəyik.

SON!

Hərşeyin səbəbkarı bizik.
Amma yox.
Günahkarlar bizdən əvəlkilərdir: ya pulu kəşf edənlər, ya dinləri gətirənlər, ya o dinə inanmayanlar, ya allahlar, ya inernet, ya televiziya, ya ..
Bizdən əvvəlkilər olduqca, biz günahkar deyilik. Yəni bu sistem insanlarçün deyil bəlkə də, amma biz məhz elə bu sistem üçünük.


Teqlər:





Xəbər lenti