“Xaç atası”nın tanınmış aktyoru vəfat edib

“Xaç atası”nın tanınmış aktyoru vəfat edib
  30 May 2019    Oxunub:2608
“Xaç atası-2” və “Bryusterin milyonları” filmində çəkilmiş tanınmış akytor Karmine Karidi 86 yaşında vəfat edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, komada olan aktyor Los-Ancelesdə klinikaların birində dünyasını dəyişib.

Qeyd edək ki, Karmine Karidi “Xaç atası-2” və “Xaç atası-3” filmlərində oynadığı müxtəlif rollarla yadda qalıb. O, filmin ikinci hissəsində Karmine Rozato, üçüncü hissəsində isə Çikaqo cinayətkar qrupunun başçısı Albert Volpenin rollarına çəkilib.

Aktyor 60 illik karyerası dövründə 100-dən çox film və teleserialda rol alıb.

Azvision.az



Teqlər: Xaç-Atasl   Aktyor  





Xəbər lenti