Erməninin “kanonirlik” anlayışı - Karikatura

   Erməninin “kanonirlik” anlayışı -    Karikatura
  29 May 2019    Oxunub:3305
Dünyada hamı hər zaman “İdmanı siyasətdən kənar tutaq” deyir, özləri də hər dəfə idmanı siyasətə qatırlar. Xüsusilə də Azərbaycanın əleyhinə işləyən beynəlxalq şəbəkə bu baxımdan daha fəaldır.
Avroliqanın Bakı finalı ərəfəsində “Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Heyrix Mxitaryanın etdiyinin ancaq bircə adı var: idman meydanında siyasət oyunu oynamaq. Əslində, Mxitaryan başqa oyun oynayaraq, top atmalı idi - fotbol topu. Amma o, Azərbaycana qarşı qurulmuş informasiya savaşında döyüş topundan ölkəmizə atəş açmağa başladı. Görünür, erməni oyunçu “Arsenal” klubunun loqosunu və devizini - “kanonirlik” anlayışını həddindən artıq hərfi mənada başa düşüb.

Bu işdə ona hədəf göstərənlər də az olmadı: Klubunun məşqçisindən tutmuş, “Amnesty İnternational” kimi təşkilatların rəhbərlrinə qədər.

Amma Bakı hər belə top atəşlərindən sarsılsaydı, onda Bakı olmazdı! Belə atəşlərə ən yaxşı cavab bu axşam Avroliqa finalının yüksək səviyyədə keçirilməsi olacaq.




Teqlər: Mxitaryan   Avroliqa  





Xəbər lenti