Yazıçımız Rusiyada təltif olunacaq

Yazıçımız Rusiyada təltif olunacaq
  21 May 2019    Oxunub:3678
İyunun 2-də Moskvada - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir neçə yazar "Puşkin medalı" ilə təltif ediləcək. Onlardan biri də Azərbaycan yazıçısı Varis Yolçuyevdir.
Mükafatlandırma böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220-ci ildönümü münasibəti ilə düzənlənən təntənəli mərasimdə baş tutacaq. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası" və "Rus poeziyası antologiyası" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanmışlar.

"Puşkin medalı" laureatlara 2 dərəcə üzrə təqdim olunacaq: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Həmyerlimiz 1-ci dərəcəli "Puşkin medalı" ilə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimində Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak edəcək.

İyun ayının 4-də isə Varis Yolçuyev Moskvanın Qızıl meydanında keçiriləcək ənənəvi Kitab festivalında ayrıca stendlə təmsil olunacaq. Stenddə yazıçımızın Rusiyada çıxan kitabları, o cümlədən 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatına layiq görülmüş "Yanvarın 13 günü", habelə 2018-ci ildə ona Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivallnda qızıl laureatlıq gətirmiş "Metamorfoz" romanları nümayiş olunacaq.


Teqlər: Ədəbiyyat   Varis  





Xəbər lenti