“Eurovision 2019”da ikinci yarımfinal günü

“Eurovision 2019”da ikinci yarımfinal günü
  16 May 2019    Oxunub:3335
Bu gün “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Azvision.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ikinci yarımfinalda Azərbaycanla yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər. Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Qeyd edək ki, müsabiqənin finalı mayın 18-də baş tutacaq.

Azvision.az



Teqlər: Eurovision  





Xəbər lenti