Psixoloji durumunuzu TEST edin

Psixoloji durumunuzu TEST edin
  23 Noyabr 2013    Oxunub:5295
AzVision.az sizə Ayzenqə görə, psixi vəziyyətin qiymətləndirilməsi testini təqdim edir.
Sizə müxtəlif psixi vəziyyətlərin təsviri təqdim olunur. Əgər aşağıda qeyd olunan hallardan hansını sizə tam uyğun olduğunu düşünürsünüzsə özünüzü - 2 bal, əgər belə hallar hərdən bir olursa (o qədər də uyğun deyil) 1 bal, heç uyğun gəlmirsə 0 balla qiymətləndirin.

Həyəcanlılıq

1. Özümdə əminlik hiss etmirəm.
2. Çox vaxt səbəbsiz yerə üzüm qızarır
3. Narahat yatıram
4. Tez ruhdan düşürəm
5. Fikrimə gətirdiyim xoşagəlməzliklərdən narahat oluram
6. Çətinliklər məni qorxudur
7. Qüsurlarımı çək-çevir etməyi sevirəm
8. Məni inandırmaq asandır
9. Bədgümanam, hər şeydən şübhələnirəm

Özünüqiymətləndirmə və çətinliklərə davamlılıq

10. Gözləmək mənə ağır gəlir
11. Həllini tapmaq mümkün olan vəziyyətlər çox vaxt mənə çıxılmaz gəlir
12. Xoşagəlməz hadisələr məni məyus edir, ruhdan düşürəm
13. Böyük xoşagəlməzliklər zamanı kifayət qədər əsas olmadan özümü günahlandırmağa meylliyəm
14. Bədbəxtlik və uğursuzluqlar mənə heç nə öyrətmir
15. Çox vaxt mübarizədən imtina edirəm, çünki mənası yoxdur.
16. Çox vaxt özümü köməksiz hiss edirəm
17. Hərdən məyus oluram
18. Çətinliklər qarşısında özümü itirirəm, çaşqınlıq hiss edirəm
19. Həyatımın çətin anlarında hərdən özümü uşaq kimi aparıram ki, mənə rəhmləri gəlsin

Aqressivlik
20. Hesab edirəm ki, xarakterimdəki qüsurlar düzələn deyil
21. Son söz söyləmək haqqını özümdə saxlayıram
22. Çox vaxt söhbət zamanı müsahibimin sözünü kəsirəm
23. Məni qəzəbləndirmək asandır
24. Başqalarına irad tutmağı sevirəm
25. Başqaları üçün avtoritet olmaq istəyirəm
26. Aza qane olmuram, daha çox istəyirəm
27. Qəzəblənəndə özümü çətin ələ alıram
28. İdarə etməyi tabe olmaqdan üstün tuturam
29. Jestlərim (hərəkətlərim) kəskin və kobuddur
30. İntiqam alanam

Dəyişməzlik

31. Vərdişlərimi dəyişmək mənim üçün çətindir
32. Diqqətimi bir işdən başqasına yönəltmək asan deyil
33. Hər bir yeniliyə ehtiyatla yanaşıram
34. Məni fikrimdən döndərmək çətindir
35. Lazımsız fikirlər çox vaxt beynimdən çıxmır
36. İnsanlarla ünsiyyət qurmaq asan olmur
37. Planın hətta əhəmiyyətsiz dərəcədə pozulması məni məyus edir
38. Çox vaxt inadkarlıq göstərirəm
39. Riskə həvəslə getmirəm
40. Ənənəvi gün rejimindən kənara çıxmalar mənə kəskin təsir göstərir

Balların qiymətləndirilməsi və interpretasiyası.

1. Həyəcanlılıq: 0-7 bal – həyəcanlılıq yoxdur, 8-14 bal – orta həyəcanlılıq, 15-20 bal – həddən ziyadə həyəcanlılıq.
2. Frustrasiya: 0-7 bal – yüksək özünüqiymətləndirməyə malik deyil, uğursuzluqlara davamlıdır, çətinliklərdən qorxmur, 8-14 bal – orta səviyyə, frustrasiyanın yeri var; 15-20 bal – özünüqiymətləndirmə aşağıdır, çətinliklərdən qaçırsınız, uğursuzluqlardan qorxursunuz, frustrasiyadasınız.

3. Aqressivlik: 0-7 bal – Siz sakit və təmkinlisiniz, 8-14 bal aqressivliyin orta həddi, 15-20 bal – Siz aqressivsiniz, təmkinli deyilsiniz, insanlarla işəməkdə və ünsiyyət qurmaqda çətinliklər var.

4. Dəyişməzlik: 0-7 bal – tərslik yoxdur, bir işdən digərinə asan keçir, 8-14 bal – orta səviyyə, 15-20 bal – parlaq ifadə olunmuş dəyişməzlik, davranışın, baxışların və inancların hətta onlar real şəraitə, həyata uyğun gəlmədiyi halda belə dəyişməzliyi. Sizə iş və ailədə həyatınızda dəyişikliklər etmək olmaz.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti