Cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir
Digər cüdoçularımız isə mübarizəni erkən dayandırıblar. Altmış üç kiloqram çəkidə çıxış edən Diana Şoronova 1/8 finalda, Nuriyyə Axundova isə 1/16 finalda mübarizəni dayandırıb. Həmçinin Aidə Baxışova ilə Günel Həsənli (hər ikisi 70 kq), eləcə də Rüfət Məmmədov (73 kq) 1/16 finalda uduzublar. 81 kq çəkidə mübarizə aparan Araş Ağaei, Murad Fətiyev 1/8 finalda, Hasil Cəfərov 1/16 finalda, Afiq Səfərli isə 1/32 finalda məğlub olub.
Kişilər arasında Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) və israilli Saqi Muki (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qadınların yarışında isə Yaponiya təmsilçiləri Miku Taşiro (63 kq) və Çizuru Arai (70 kq) eyni uğura imza atıblar.
Qeyd edək ki, nüfuzlu turnir mayın 12-də başa çatacaq.
Azvision.az
Teqlər: Cüdo