Arif Məlikov son mənzilə yola salındı - FOTOLAR (Yenilənib)

 Arif Məlikov son mənzilə yola salındı -  FOTOLAR (Yenilənib)
  09 May 2019    Oxunub:8521
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra Arif Məlikovun cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb. Xalq artisti dəfn olunub.



Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.



Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub. Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.





Şəhanə Rəhimova
Azvision.az


Teqlər: Vida   Mərasim  





Xəbər lenti