Səhiyyə sistemində keyfiyyət standartları tətbiq olunacaq

 Səhiyyə sistemində keyfiyyət standartları tətbiq olunacaq
  01 May 2019    Oxunub:1986
Azərbaycanda tibb müəssisələri üçün keyfiyyət standartları tətbiq olunacaq.

Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb.

"2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub”.

Azvision.az



Teqlər: Tibb   Səhiyyə  





Xəbər lenti