“Maaş və pensiyaların artırılması nəzərdə tutulur” - İlham Əliyev
Dövlətimizin başçısı qeyd edib ki, bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək: “Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz".
Prezident İlham Əliyev vurğulayıb ki, ona görə, bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur: "İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq".
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev