Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq

   Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq
  01 May 2019    Oxunub:3951
Bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaq.
Azvision.az -ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

“Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır: “Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, - Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq”.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   ASAN-Xidmət  





Xəbər lenti