Ramazan ayı ilə bağlı fətva verildi

   Ramazan ayı ilə bağlı fətva verildi
  29 Aprel 2019    Oxunub:3190
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib.
Azvision.az -ın məlumatına görə, fətvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq.

Fətvada bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır. Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən, miladi tarixlə may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq.


Azvision.az


Teqlər: QMİ   Ramazan  





Xəbər lenti