Trampın bir zəngi ilə “qara qızıl” niyə ucuzlaşdı?

 Trampın bir zəngi ilə “qara qızıl” niyə ucuzlaşdı?
  29 Aprel 2019    Oxunub:2254
"Ötən həftənin son iş günündə ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə zəngi "Brent" markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu. Trampın zəngi neftin qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxardı".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekpsert bildirib ki, qlobal neft təklifinin gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub.

"Mart ayında Azrəbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman Trampın zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon azaltdığı aydın olur. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən “qara qızıl” ucuzlaşmağa başladı.

Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir. Amma əgər bir zəng neftin dünya bazar qiymətini hissi edilən dərəcədə dəyişə bilirsə, deməli, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir".



V.Bayramov qeyd edib ki, Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır: "Kənar müdaxilələrlə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Beləliklə, neftin qiyməti məqbul hesab olunsa belə, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".

Azvision.az


Teqlər: Neft   Ekspert  





Xəbər lenti