Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

   Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
  29 Aprel 2019    Oxunub:2774
Milli Məclisdə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun 2018-ci ilə dair illik hesabatının müzakirəyə çıxarılacağı tarix məlum olub.

Azvision.az xəbər verir ki, hesabat parlamentin mayın 3-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Hesabatı daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vilayət-Eyvazov   MM   Hesabat  





Xəbər lenti