İranla sərhəd rayonlarda sənaye zonaları yaradıla bilər
Nazirin sözlərinə görə, sənaye zonalarının yaradılması qarşılıqlı iqtisadi əlaqələri genişləndirməklə yanaşı, qeyri-neft sektorunun da inkişafına təkan verəcək. Bununla yanaşı, hər iki ölkənin regionları arasında əlaqələr genişlənəcək və yerli əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq.
Nazir nəzərə çatdırıb ki, hər iki ölkənin regionları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensiala malikdir. Neftçala avtomobil zavodunu nümunə göstərən nazir belə müəssisələrin sayının gələcəkdə artacağına əminliyini ifadə edib. (AzərTac)
Azvision.az