Dəhşətli qətllər, adam oğurluğu, zorlanma - Cinayət statistikası

Dəhşətli qətllər, adam oğurluğu, zorlanma -  Cinayət statistikası
  27 Aprel 2019    Oxunub:4115
Azərbaycanda 2018-ci ildə 16 min 727 şəxs tərəfindən cinayət törədilib ki, onlardan 13028 nəfəri cinayət məsuliyyətinə cəlb olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, cinayətlərdən 4507-i şəxsiyyət əleyhinə olub. Buna görə 2627 nəfər həbs edilib.

Ötən il qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə 267 nəfər, qəsdən sağlamlığa ağır zərər vurmağa görə 311 nəfər, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə 1344 nəfər, adam oğurluğuna görə 61 nəfər, zorlanmaya görə 23 nəfər, yetkinlik yaşına çatmayanları fahişəliyə, əxlaqsızlığa cəlb etməyə görə 24 nəfər həbs olunub.

İqtisadi sahədə ötən il 5270 cinayət törədilib ki, onlardan 4747 nəfəri həbs edilib. Belə ki, oğurluğa görə 2535 nəfər, dələduzluğa görə 974 nəfər, soyğunçuluğa görə 233 nəfər, quldurluğa görə 169 nəfər, qaçaqmalçılığa görə 202 nəfər, vergidən yayınmağa görə 33 nəfər həbs edilib.

Aytən Zəhra
Azvision.az




Teqlər: Statistika   Cinayət   Qətl  





Xəbər lenti