Su anbarında batan kişinin meyiti tapılıb - Yenilənib
***
(09:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Azvision.az