Bir qrup hərbi qulluqçu ilə görüş keçirilib
Görüşdə çıxış edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqət və qayğıdan söz açaraq ordu quruculuğu sahəsində aparılan islahatlar, əldə edilən uğurlar barədə ətraflı məlumat verib və bu yolda veteranların xidmətlərindən danışıb. O, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiyatda və istefada olan hərbi qulluqçuların böyük rol oynadığını vurğulayaraq onların daha fəal olmalarını tövsiyə edib.
Veteranlar bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduqlarını bildirərək bəzi problemlərin həlli yolları barədə müzakirələr aparıb, səmərəli təkliflər irəli sürüb və bir sıra məsələlərin baxılması ilə əlaqədar müraciət ediblər.
Sonda birgə nahar təşkil olunub.
Azvision.az
Teqlər: