Arazda suyun səviyyəsi azalıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 159 kubmetrə bərabərdir ki, bu da ongünlük normaya yaxın olmaqla onun 89 faizini təşkil edir.
Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 608 santimetr olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 santimetr artaraq 397 santimetr təşkil edib. Salyanda suyun səviyyəsi 15 santimetr artıb və 389 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr artaraq 309 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr azalaraq 350 santimetrə bərabər olub.
Azvision.az