Nazirlik: İlkin əlillik təyinatları 49 faiz azalıb

 Nazirlik:  İlkin əlillik təyinatları 49 faiz azalıb
  26 Aprel 2019    Oxunub:3236
Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5 310 nəfər təşkil edib.

O cümlədən, ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.



Əlilliyin dinamikasında özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir.

Azvision.az



Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti