Prezident pravoslav xristianları təbrik edib
“Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Əminəm ki, xristian həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər.
Dirçəlişi, yeniliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirən Pasxa bayramı insanların qəlbində inam və gələcəyə ümid hissi oyadır, onları xeyirxahlığa yönləndirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram”, - deyə dövlətimizin başçısının təbrikində bildirilir.
Azvision.az
Teqlər: İlham-Əliyev