“Bakı Ürək Günləri”beynəlxalq konqres keçiriləcək
Bundan başqa “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransı da təşkil olunacaq.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirdi ki, əvvəlki Konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə biləcək.
“Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində bu təşkilatın 15-ci Konfransı da Bakıda keçiriləcək.”
Prof. Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 24 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 Kredit balının 24-nü toplaya bilərlər.
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
Azvision.az
Teqlər: Bakı-Ürək-Günləri