SƏLİS-in yeni proqramı ADU-da təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib: “ADU-da olmaq bizim üçün xüsusi əhəmiyyətlidir. Ona görə ki, bu universitetin məzunları Azərbaycanı yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət sizi dəvət edir ki, cəmiyyətin inkişafında sizi, ictimaiyyəti maraqlandıran problemlərin həllində iştirak etsin. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin. Ona görə də Şura öz fəaliyyətini daim yeniləməyə çalışır”.
A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müracətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramını ictimaiyyətə təqdimatına başlanıb.
Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümyiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən ADU-nun tələbəsi Nuranə Mustafayeva e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.
Azvision.az