“Özəl kanalları qınayanlardan biri də mənəm” - Aqil Abbas

   “Özəl kanalları qınayanlardan biri də mənəm” -    Aqil Abbas
  23 Aprel 2019    Oxunub:1938
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası yarananda İsmayıl Ömərov rəhbərlik edib. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaradıb. İndiki rəhbərlik də bir qədər gücləndirib, öz baxışını tətbiq edib. Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemlər həll ediləcək. Bununla da əvvəlki kadrı divara vururlar. Direktor Balaş Qasımov da yeni seçilib, işini yaxşı görür, amma əvvəlkiləri də unutmaq olmaz”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas "İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, İTV birdən-birə inqilab etməyib, bunun əsasını qoyan insanın da haqqını yeməmək lazımdır: “Biz özəl telekanallara bir söz deyə bilmərik, çünki büdcədən maliyyələşmir. Özəl kanallar reytinq arxasınca qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir. Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur. Dünyada, artıq dərmanın reklamı qadağan olunur. Özəl kanalları qınayanlardan biri də mənəm, amma onların üstünə çox getməyə ehtiyac görmürəm. İTV isə əvvəldən xalqın televiziyası olub”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti