Deputat qaz limitinin 2 dəfə artırılmasını təklif etdi

  23 Aprel 2019    Oxunub : 7622
 Deputat qaz limitinin 2 dəfə artırılmasını təklif etdi
Milli Məclisin deputatı Fazil Mustafa qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.
Azvision.az xəbər verir ki, deputat bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3000 kub səviyyəsinə çatdırılsın”, - deputat çıxışında deyib.

Azvision.az

Teqlər: Fazil-Mustafa   Deputata   Qaz   Limit