“Naftalan nefti 70 xəstəliyə dərmandır” - Akademik

   “Naftalan nefti 70 xəstəliyə dərmandır” -     Akademik
  23 Aprel 2019    Oxunub:3763
"Naftalan nefti əsasında 15 dərman preparatı hazırlanır. Naftalan nefti 70 xəstəliyin əvəzsiz məlhəmidir"

Azvision.az xəbər verir ki, bunu III Qlobal Sağlamlıq Turizm Forumunda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri Institunun direktoru, akademik Vaqif Abbasov deyib.
Onun sözlərinə görə, hələ bir müddət əvvəl Naftalan nefti əsasında dərman preparatı hazırlanıb və bunlar 2014-cü ildə Səhiyyə Nazirliyində təkrar qeydiyyatdan keçib.

V.Abbasov əlavə edib ki, Azərbaycanın Naftalan nefti əsasında çox sayda dərman preparatı hazırlana bilər: "Naftalan nefti yanıqlar, dəri xəstəliklərinin hamısı, ginekoloji xəstəliklərin çoxu, hətta döllənmə üçün və digər xəstəliklər üçün çox faydalıdır. Hesab edirəm ki, artıq Naftalan neftinin vannası ilə yanaşı, onun preparatlarından da geniş istifadə edilməlidir. Biz Naftalan nefti əsasında çox sayda dərman preparatı hazırlaya bilərik".

Direktorun sözlərinə görə, 2018-ci ildə Naftalanda dünyanın 62 ölkəsindən gələn 35 min turist müalicə edilib. Ancaq bu, mövcud imkanların az hissəsidir. Belə ki, il ərzində Naftalana gələn turistlərin sayını 100 minə çatdırmaq lazımdır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Naftalan   Neft  





Xəbər lenti