Gömrük əməkdaşları üçün təlimlərə start verilib
Təlimin acılış mərasimində çıxış edən DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev beynəlxalq ticarətin asanlaşdırılmasında, yükdaşımaların və sərhədkeçmə proseslərinin sürətləndirilməsində gömrük-sərhəd buraxılış məntəqələrinin xüsusi rol oynadığını bildirib, məntəqələrin işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tətbiq edilən yeniliklərdən bəhs edib, təlimin bu istiqamətdə xüsusi rol oynayacağını diqqətə çatdırıb.
Akademiyanın rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində aparılan islahatların uğurla həyata keçirilməsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi ilə bağlı təlim və seminarların mühüm rol oynadığını bildirib. Q.Novruzov bu istiqamətdə Akademiyanın da üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə, əməkdaşların peşəkarlığının artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Təlim üç həftə davam edəcək və sonda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılacaq.
Azvision.az