Sabah İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək

 Sabah İTV-nin Yayım Şurasına yeni üzvlər seçiləcək
  22 Aprel 2019    Oxunub:1609
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvlərinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Belə ki, İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının (Qo) vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İTV   YayımŞurası  





Xəbər lenti