İsveçrəli səfirin diplomatik fəaliyyəti başa çatıb
İki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildirdilər.
Görüş zamanı həmçinin səfir Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirildi. Səfir Filip Ştadler diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi.
Nazir Elmar Məmmədyarov səfir Filip Ştadlerə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.
Azvision.az
Teqlər: XİN