Los Ancelesdə Azərbaycana həsr olunan fotosərgi
Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu tədbirin 18 aprel - Dünya İrsi Gününə həsr olunduğunu qeyd edib. YUNESKO tərəfindən Azərbaycanın bir sıra tarixi abidələrinin Dünya Mədəniyyət Mirasları siyahısına salındığını bildirən N.Ağayev, bu gün sərgidə onların da nümayiş etdirildiyini vurğulayıb. Sonra baş konsul fotoqraf E.Cəfərovu qonaqlara təqdim edib.
E.Cəfərov öz yaradıcılığı haqqında danışaraq, iştirak etdiyi, o cümlədən qalib gəldiyi beynəlxalq müsabiqələr haqqında məlumat verib. O həmçinin müəllifi olduğu bir neçə fotonun maraqlı tarixçəsini qonaqlarla bölüşüb.
Daha sonra E.Cəfərovun çəkdiyi fotolar əsasında hazırlanmış, İçərişəhər və digəri Azərbaycanın müxtəlif bölgələrini, orada yaşayan milli və dini azlıqları, tarixi abidələrı, ölkəmizin füsunkar təbiətini, Bakının qədim və çağdaş memarlığını özündə əks etdirən iki video-çarx nümayiş etdirilib.
Çıxışlardan sonra Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qonaqların böyük rəğbətinə səbəb olub.
Azvision.az
Teqlər: YUNESKO ABŞ Azərbaycan