Azərbaycan XİN Şri-Lankadakı terroru pislədi

 Azərbaycan XİN Şri-Lankadakı terroru pislədi
  21 Aprel 2019    Oxunub:3881
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada çoxsaylı insanın ölümü və yaralanması ilə nəticələnən terror aktlarını pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə XİN rəsmi "Tvitter" hesabında məlumat yayıb.

XİN terror qurbanlarının ailələrinə və Şri-Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, bu gün Şri-Lankada silsilə partlayışlar törədilib. Qanlı terror aktları nəticəsində 185-dən çox insan həlak olub.

Azvision.az


Teqlər: XİN   Terror   Şri-Lanka  





Xəbər lenti