Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib

Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
  21 Aprel 2019    Oxunub:2036
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 1-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.



Müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 3 ayı ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.

Azvision.az



Teqlər: Bakı-Qarnizonu   Müşavirə  





Xəbər lenti