Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb
  20 Aprel 2019    Oxunub:1805
Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında qərar verib.
Azvision.az xəbər verir ki, müvafiq sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiq edilib. Mərkəz işçilərinin say həddi 17 ştat vahidi müəyyən olunub. Monitorinq Mərkəzinin aylıq əməkhaqqı fondu 10 080 (on min səksən) manat məbləğində müəyyən edilib.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti