Nazir Elinadan danışdı: “Bizim üçün sarsıdıcı oldu”
Azvision.az xəbər verir ki, nazir bu barədə "ASAN Radio"nun "QəbuldASAN" proqramında danışıb.
C.Bayramov, həmçinin qeyd edib ki, məktəb psixoloqu, sinif rəhbərləri, fənn müəllimləri şagirdlərin psixoloji durumundan xəbərdar olmalıdır. Onun sözlərinə görə, valideyn daim müəllim, sinif rəhbəri ilə əlaqə saxlamalıdır.
Qeyd edək ki, aprelin 4-də 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi Ceyhun-Bayramov Elina-Hacıyeva