Metropoliten İşçiləri Həmkarlar İttifaqında seminar keçirilib
O, bildirib ki, bu məqsədlə yaradılan SƏTƏMM şöbəsi bilavasitə QSC sədrinə tabedir və bu gün şöbə, mütəmadi olaraq, növbəli və növbədənkənar yoxlamalar aparır. Bu işlərin nəticəsi olaraq bədbəxt hadisələrin qarşısı alınır.
MİHİ-nin əməyin texniki müfəttişi Vüqar Mirzəyev isə bildirib ki, təhlükəsizlik mədəniyyəti işçilərin həyata olan baxışlarından, bilik və intellektual səviyyəsindən, düşüncə tərzindən çox asılıdır: "SƏTƏMM qanunvericiliyi, təhlükəsizlik, fərdi mühafizə vasitələrindən düzgün istifadə, yanğın təhlükəsizliyi, ilk yardım vərdişlərinin mənimsənilməsi qaydalarının təbliği nəticəsində və bu qaydalara riayət olunmasına ciddi nəzarətin nəticəsində bu gün metropolitendə əmək xəsarətlərinin sayı minimuma endirilib. Metropolitenin istehsalat sahələri, əməyin təşkili və təhlükəsizlik texnikası üzrə respublika müsabiqəsinin qalibləri sırasında olub".
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixindən danışıb. Bu gün ölkədə istehsalat qəzalarının qarşısının alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini bildirib.
Azvision.az
Teqlər: Metropoliten