Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişir

   Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişir
  19 Aprel 2019    Oxunub:5147
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.


Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017, 6020, 6022/6021, 6024, 6028 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Azvision.az


Teqlər: Bak-Sumqayıt   Qatar  





Xəbər lenti