Bakı bulvarına giriş bağlanır

   Bakı bulvarına giriş bağlanır
  19 Aprel 2019    Oxunub:2883
Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.
O, bildirib ki, aprelin 25-dən etibarən "Formula-1" yarışlarını izləmək üçün bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər. Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq.

Azvision.az



Teqlər: Bulvar  





Xəbər lenti