General Salahov Türkiyədə görüşlər keçirib - FOTOLAR

General Salahov Türkiyədə görüşlər keçirib -  FOTOLAR
  18 Aprel 2019    Oxunub:3921
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri arasında keçirilən dostluq idman yarışları ilə əlaqədar Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu ölkənin Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Ümit Dündar və Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi general İsmayıl Güzəllər ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, örüşlər zamanı tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin hərbi təhsil müəssisələrinin müəllim-professor heyətinin qarşılıqlı səfərlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparıblar.







Azvision.az


Teqlər: MN   General   Türkiyə  





Xəbər lenti