“Bir pəncərə” sistemi rayonlarda da tətbiq olunacaq

   “Bir pəncərə” sistemi rayonlarda da tətbiq olunacaq
  18 Aprel 2019    Oxunub:1903
““Bir Pəncərə” sistemi vasitəsilə bəzi tikinti obyeklərinin tikintisinə və istismarına icazələrin elektron qaydada verilməsi proseduru hazırda Bakı şəhərində tətbiq edilir. Lakin may ayının əvvəlindən sistemin respublikanın digər bölgələrində tətbiq olunması ilə bağlı işlərə başlanılacaq və qısa müddətdə digər rayonların da bu sistemə qoşulması gözlənilir”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud deyib.

Komitə rəsmisi bildirib ki, sistem qısa müddətdə bütün tikililər üçün icazələrin alınmasında istifadə oluna biləcək: “Bu sistem bəzi tikililərə şamil edilir. Sistem Tikinti Məcəlləsinin 89-cu maddəsinə əsasən ekspertizası tələb olunmayan obyektlərə aiddir. Lakin qısa müddətdə bütün tikinti icazələrinə, yəni ekspertizası tələb olunan digər obyektlər üçün də bu sistem vasitəsilə müraciət edilməsi mümkün olacaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tikinti   Komissiya  





Xəbər lenti