DİN həkim-narkoloq axtarır
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il mart ayının 27-dən aprel ayının 27-dək https://azvision.az/redirect.php?url=http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçasının surəti.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-20-59
(012) 590-20-94.
Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi
Azvision.az
Teqlər: DİN