Bakıdan Naxçıvana 4806 sərnişin daşınıb
Qeyd olunub ki, muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi davam etdirilib, hesabat dövründə muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 734 sahibkar lisenziyaya cəlb edilib, 761 avtonəqliyyat vasitəsinə lisenziya kartı verilib.
Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi sərnişindaşıma xidməti göstərib.
Azvision.az