“Süründürməçilik və saxtakarlıq hallarının qarşısı alınır” - İşçi qrupun rəhbəri

 “Süründürməçilik və saxtakarlıq hallarının qarşısı alınır” -  İşçi qrupun rəhbəri
  17 Aprel 2019    Oxunub:1836
Hakim və tərəf arasında münasibətlərin tamamilə elektronlaşdırılması sahəsində görülmüş tədbirlər nəticəsində elektron qaydada mübadilə təmin olunur.
Azvision.az xəbər verir ki, bunu “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri Ağakərim Səmədzadə deyib. Onun sözlərinə görə, bütün qərarların elektron dərc edilməsi həyata keçirilib.

"Məhkəmə qərarlarının icrası vəziyyətinin elektron izlənməsi üçün imkanlar var. Şəffaflıq və səmərəlilik baxımından məhkəmə baxışının tezləşdirilməsi, sənədlərin vaxtında alınması, süründürməçilik və saxtakarlıq hallarının qarşısının alınması üçün çox ciddi tədbirlər görülüb. Bütün bu islahatlar ilk növbədə proses iştirakçlarının vaxt qənaətinə gətirib çıxarıb".

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti