Din və media münasibətləri müzakirə olundu - FOTOLAR
Konfransda milli-mənəvi və dini dəyərlərin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda dini ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, media burada təhrifə yol verməməlidir, hansısa radikal fikirləri qabardaraq cəmiyətə yayılmasına şərait yaradılmamalıdır.
Komitə sədri hesab edir ki, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də tədbirlər davam etməkdədir: "Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi-nəzərindən yanaşır".
Digər çıxışçılar da dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və KİV mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayılar.
Aytən Zəhra
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Dini-Komitə Mətbuat-Şurası Konfrans