“Heç bir dinə digərindən üstünlük verilmir” - PA rəsmisi
Onun sözlərinə görə, media nümayəndələrinin din sahəsində məlumatlı olması yazılan xəbərlərin daha sanballı olmasına kömək edir: "Dini icmaların fəaliyyətinə dövlət tərəfindən bütün zəruri dəstək verilir. Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir və bu da beynəlxalq normaların tələblərinə tam cavab verir. Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı yüksələn xətt üzrə gördüyü işlər onu digər ölkələrdən fərqləndirir. Ölkədə bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə düşən məsuliyyət çox böyükdür və onlar bunun öhdəsindən layiqincə gəlirlər. Mediadan da mümkün qədər yaxşı istifadə edilir".
Ə.Zülfüqarov qeyd edib ki, bu gün sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir. "Ona görə də radikal qrupların, xurafata meyilli olan qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq üçün cəhdlərinin qarşısı alınmalıdır. Bu səbəbdən biz birlikdə belə məqamların qarşısını almaq üçün çalışmalıyıq. Dini Komitə orada bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər görüb və görməyə davam edir".
Aytən Zəhra
Azvision.az