Oqtay Əsədov deputatlarla Rusiyaya gedir
Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək MDB PA-nın Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, antiterror fəaliyyətinin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq.
MDB PA-nın 49-cu plenar iclasının gündəliyinə “İpoteka, vəkil və vəkillik fəaliyyəti” haqqında, “Məhkəmə-ekspert fəaliyyəti”, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi və s. məsələlər daxil edilib. Burada beynəlxalq terrorizmə qarşı mübarizəyə dair konfransın keçirilməsi də nəzərdə tutulub.
Nümayəndə heyətimizin üzvləri MDB PA-nın daimi komitələrində plenar iclasda müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə öz fikirlərini bölüşəcək, qeyd və təkliflərini verəcəklər.
Milli Məclisin sədri Oqtay Əsədovun səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, səfər aprelin 19-da başa çatacaq.
Azvision.az
Teqlər: Milli-Məclis Oqtay-Əsədov Deputat Rusiya