“İtlərin öldürülməsinin “Formula 1”lə əlaqəsi yoxdur” - Şöbə rəhbəri

   “İtlərin öldürülməsinin “Formula 1”lə əlaqəsi yoxdur” -  Şöbə rəhbəri
  15 Aprel 2019    Oxunub:2519
"Son vaxtlar Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılığa yolverildiyinə dair sosial mediada yayılmış xəbərlər diqqətimizdən yayınmayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi olaraq fikrimizi bildirmək istəyirəm. Bizim bu halların baş verib-verməməsi ilə bağlı məlumatımız yoxdur"
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, bu halların "Formula 1" Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur: "Səhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik!".

Azvision.az



Teqlər: Formula1  





Xəbər lenti